Şahzadə Uilyam və Keyt Midlton Nyu-Yorkda - fotolar

 Şahzadə Uilyam və Keyt Midlton Nyu-Yorkda - fotolar
1924 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton Nyu-Yorkda işgüzar səfərdədirlər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya saray üzvləri hava limanından birbaşa Manhettendə yerləşən, mərhum şahzadə Diananın da qalmağı çox sevdiyi "Carlyle" hotelinə gediblər. Cütlük 16 aylıq oğlanları Corcu isə evdə qoyub.

Uilyamla Keytin səfər proqramı belədir: şəhərə ekskursiyaya çıxmaq, 11 sentyabr terror qurbanlarına həsr olunmuş memorialı ziyarət etmək və "Bruklin Nets-Klivlənd" basketbol matçını izləmək. Bundan başqa, onların ABŞ prezidenti Barak Obama ilə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, səfər zamanı K.Midltonun əynində "Seraphine" brendindən hamilə qadınlar üçün nəzərdə tutulan zoğalı rəngdə palto olub.