Telman Adıgözəlovun oğlu və nəvəsi – fotolar

Telman Adıgözəlovun oğlu və nəvəsi – fotolar
4945 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti, mərhum Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov “Düzünü desək” verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktyorun oğlu şəxsi həyatından, ailəsindən danışıb:

“Ailənin tək oğluyam, öz seçimimlə evlənmişəm. 9 aylıq oğlum var, adı Telmandır. Atam apreldə dünyasını dəyişdi, oğlum da həmin ayda doğulub. Atam hər zaman qərarlarıma müsbət yanaşıb. Qarşıma evliliklə bağlı tələb də qoymamışdı. Mən əsgərlikdən gələndən 6 ay sonra vəfat etdi. Anam ailə qurmağıma müdaxilə etmədi. Xeyir-dua verdi. Evlənəndə həyat yoldaşım bilirdi ki, tək oğulam, anamla birlikdə yaşayacam. Fikirlərimiz üst-üstə düşür, ona görə də ailəmizdə problem olmur. Əgər atam sağ olsaydı, bəlkə də mən ayrı yaşayardım. Amma anamı tək qoymağa düz baxmıram. Bizi onlar böyüdüb, üstümüzdə əziyyətləri var. İndi də biz onlara baxmalıyıq”.