Kluninin həyat yoldaşının adına çanta - fotolar

Kluninin həyat yoldaşının adına çanta - fotolar
1243 dəfə oxunub
  • A-
  • A
  • A+

Dəb tənqidçiləri aktyor Corc Kluninin həyat yoldaşı Amal Kluninin zövqünü və üslubunu hər zaman müsbət qiymətləndirirlər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ona görə də, "Ballin" şirkətinin öz çantalarından birinə "Amal" adını verməsi elə də təəcüblü olmayıb.

Aktyorun həyat yoldaşı dəfələrlə qəhvəyi rəngli çantayla fotokameralar qarşısına çıxdığı üçün şirkət həmin məhsulu onun şərəfinə "Amal" adlandırmaq qərarına gəlib.

Amal Kluninin geyim tərzi və görünüşü medianın hər zaman diqqətində olduğu üçün bu xəbər də müzakirələrə səbəb olub.