ABŞ şirkəti "armudu" stəkanı satışa çıxardı - fotolar

ABŞ şirkəti "armudu" stəkanı satışa çıxardı - fotolar
2751 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə sosial şəbəkələrdə bir müddətdir ki, ABŞ-ın "Cardinal Spirits" firmasının "ən yaxşı viski stəkanı" kimi təqdim etdiyi məhsul müzakirə edilir.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə "incə bel", Azərbaycanda isə "armudu" kimi tanınan stəkanın məşhur firma tərəfindən yeni bir kəşf kimi təqdim edilməsi türkləri güldürüb.
 
Onlar "dünyanın ən yaxşı viski stəkanı - adət etdiyimiz, normal "incəbel" haralara gedib çıxıb" deyərək amerikalıların bu "yeni xəbər"ini lağa qoyublar.

Ən keyfiyyətli viski, cin, vodka kimi içkilər istehsal edən "Cardinal Spirits"in açıqlamasına görə, şotland alimləri hesab edir ki, "armudu" stəkan viskinin qoxusunun yaxşı yayılmasına səbəb olur, dadının yox olmasına mane olmur.

Hətta firmanın rəsmi saytında həmin stəkanların biri endirimlə 25 dollara satışa çıxarılıb.

Bütün bunları izləyən türkiyəli istifadəçilər Roma Papasının, Dövlət Baxçalının "armudu" stəkanla şəklini paylaşıblar. Onlar "nə şotland alimlər, nə araşdırma, dostlar, bizdən soruşsaydılar, deyərdik", "adi çay stəkanını yeni adla təqdim edib satışa çıxaran saxtakar şirkət" kimi yarı zarafat, yarı ciddi şərhlər yazıblar.