Azərbaycan yeməkləri Moldovada yarmarkada - fotolar

Azərbaycan yeməkləri Moldovada yarmarkada - fotolar
1364 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 7-də Azərbaycanın Moldovadakı səfirliyi bu ölkədə akkreditə olunmuş səfirlərin xanımlarını birləşdirən Beynəlxalq Qadın Klubunun təşəbbüsü ilə paytaxtın “Moldekspo” sərgi mərkəzində keçirilmiş XVIII Milad xeyriyyə yarmarkasında iştirak edib.

Axşam.az AzerTAc-a istinadən xəbər verir ki, yarmarkada diplomatik nümayəndəliklərin və Kişineuda akkreditə olunmuş beynəlxalq təşkilatların missiyalarının təşkil etdiyi 30-dan çox pavilyon açılıb. Burada dünyanın müxtəlif ölkələrinin milli yeməklərinin və içkilərinin dadına baxmaq, suvenirlər almaq olar.

Səfirliyin və Moldova Azərbaycanlıları Konqresinin (MAK) birgə səyi ilə hazırlanmış Azərbaycan pavilyonu həm fəxri qonaqların, həm də yarmarkaya gələnlərin böyük diqqətini cəlb edib.

Gün ərzində onları plov, dolma, qutab, bir neçə növ şərbət, paxlava, şəkərbura və digər Azərbaycan yeməklərinə, içkilərinə və şirniyyatına qonaq ediblər.

Azərbaycan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ədəbiyyat, Azərbaycanın poçt markaları, çoxsaylı milli suvenirlər pavilyonumuzun tamaşaçılarında xüsusi maraq doğurub.

Moldovanın əsas sərgi mərkəzinin səhnəsində Azərbaycanın milli rəqslərini təqdim edən həvəskar artistlər çıxış ediblər.

Azərbaycan pavilyonuna tamaşa etmiş fəxri qonaqlar arasında Moldova Prezidentinin xanımı Marqarita Timofti də olub.

Satışdan əldə edilən vəsait xeyriyyə məqsədlərinə - Moldova Respublika Onkoloji Mərkəzində ciddi xəstəliklərdən əziyyət çəkən uşaqların ehtiyaclarının ödənilməsinə yönəldilib.