Tanınmışlar İmruzə Hüseynovanın yubiley gecəsində - fotolar

Tanınmışlar İmruzə Hüseynovanın yubiley gecəsində -  fotolar
2333 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Sarayında bəstəkar İmruzə Hüseynovanın 60 illik yubileyi münasibətilə konsert keçirilib.

Axşam.az-ın məlumatına görə, "Darıxmışam sənin üçün" adlı gecədə xalq artisti Flora Kərimova, əməkdar artistlər Almaz Ələsgərli, Tünzalə Ağayeva, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Samir Piriyev, Rəşad İlyasov, Aygün Mahmudova, Murad Sadıx, Cəlal Abbasov, Mirkamil Kamilov, Vaqif Şıxəliyev, Elnar Haşımov və başqaları çıxış ediblər. Gecənin aparıcıları Murad Dadaşov və İlahə Şıxlinskaya olub. Konsert zamanı Flora Kərimova və Tünzalə Ağayevanın akapella ifaları, Almaz Ələsgərlinin sürpriz vals rəqsi, Rəşad İlyasovun kanonda ifası xüsusi diqqət çəkib. Eləcə də, gecədə İmruzə Hüseynovanın bəstələdiyi instrumental əsərlər və rəqs nömrələri nümayiş olunub.

Qeyd edək ki, bəstəkarın bundan əvvəlki illərdə Rəşid Behbudov Adına Mahnı Teatrı və Dövlət Filarmoniyasında da yaradıcılıq konsertləri baş tutub. İmruzə Hüseynova bəstəkarlıqla yanaşı, Memarlar İttifaqı və Rəssamlar İttifaqının üzvüdür.