Türkiyənin məşhur modelyerləri Bakıya gəlir

Türkiyənin məşhur modelyerləri Bakıya gəlir
1847 dəfə oxunub
  • A-
  • A
  • A+

Saat 20:00. Gecədə iştirak yalnız dəvətnamə ilə mümkündür.

Dekabrın 26-da Bakıda “HADIJE MARKA”nın təşkilatçılığı ilə moda nümayişi keçiriləcək.

Axşam.az-ın məlumatına görə, Türkiyənin on tanınmış dizayneri – Dilək Hanif, Qamze Saraçoğlu, Özgür Masur, Özləm Süer, Raisa&Vanessa, Serli Keçioğlu, Tuvana Büyükçınar, Yıldırım Mayruk, Zeynəb Ərdoğan və Zeynəb Tosunun xüsusi hazırladığı geyimlər azərbaycanlı dəbsevərlərə təqdim olunacaq.

Dizaynerlərin kolleksiyasını podiumda tanınmış modellər nümayiş etdirəcəklər . Gecənin əsas modeli isə qardaş ölkədə yaşayan həmyerlimiz Günay Musayeva olacaq. Bu yaxınlarda Türkiyə-Azərbaycan arasında mədəniyyət elçisi mükafatına layiq görülən Günay yerli modasevərlərin qarşısına kolleksiyadan olan xüsusi geyimlərlə çıxacaq.

“HADIJE MARKA”nın təşkil etdiyi gecədə siyasət və moda sektorunun önəmli nümayəndələri iştirak edəcəklər. Dəfilənin yaradıcı direktoru Hakan Öztürk, layihə rəhbəri isə iş qadını Xədicə Aydənizdir. İki aydan artıqdır ki, hazırlıqları gedən gecənin aparıcısı Murad Dadaşov olacaq. Dəfilədə 75 geyim sərgilənəcək. 150 nəfərə yaxın komandayla Bakıya gəlməyə hazırlaşan qonaqlar arasında modelyer və modellərlə yanaşı, Türkiyənin media nümayəndələri, eləcə də tanınmış simaları yer alacaq.