Xərçəng xəstəsi Kayahandan xanımına sürpriz - foto

Xərçəng xəstəsi Kayahandan xanımına sürpriz - foto
3712 dəfə oxunub
  • A-
  • A
  • A+
Xərçəng xəstəliyi ilə mübarizə aparan müğənni Kayahan həyat yoldaşı İpək Acara sürpriz edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi xanımına uzun zamandır istədiyi avtomobili satın alıb. Sürpriz qarşısında çox xoşbəxt olan İ.Acar Kayahanla birlikdə yeni maşınının yanında çəkdirdikləri şəkli İnstaqram səhifəsində paylaşıb.

"Həyat yoldaşımın sürprizi məni çox xoşbəxt etdi" deyən İpək sənətçinin səhhəti ilə bağlı bunları yazıb:

"Müalicəsi davam edir. Hər şey yaxşı gedir".

Qeyd edək ki, daha əvvəl də iki dəfə xərçəngə qalib gələn, ancaq bu xəstəliyə yenidən tutulan Kayahan sonuncu dəfə 10 ay əvvəl – fevralda xəstəxanadan çıxarkən ağzında respiratorla görüntülənib.