Aygün Kazımovanın qızı dəyişib belə oldu - fotolar

Aygün Kazımovanın qızı dəyişib belə oldu -  fotolar
12775 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova əvvəlki imicinə qayıtmaqdan qorxur.

Axşam.az-ın məlumatına görə, “İncə+” verilişinin qonağı olan ifaçı sağlam yolla arıqlamağa çalışdığını deyib:

“Çox yağlı yeyirdim. Rəfiqəmin anası dedi ki, onları qoy kənara, formada qal. Hazırda çox arıqlamışam. Özü də sağlam yolla arıqlamağa çalışıram. Pəhrizim davam edir. Menyum fərqli olur: əgər bu gün toyuq yeyirəmsə, başqa heç bir ət məhsulundan istifadə etmirəm. Bir gün balıq, bir gün ət, bir gün ancaq tərəvəz, bir gün meyvə qəbul edirəm. İdmana getmirəm. Çünki bilirəm ki, sona qədər davam etdirməyəcəm. Hərdən səhər-səhər dəniz kənarında qaçıram. Sağlam qida rejimi ilə arıqlayanda idmana ehtiyac da qalmır. Mən uzun illərdir fast-food yemirəm. Heç ürəyim də istəmir, çünki onlar mənə ziyandır. Yenidən kökəlməkdən, əvvəlki halıma qayıtmaqdan çox qorxuram”.