Aktrisa məşhur marka üçün kişi paltarı geyindi - fotolar

Aktrisa məşhur marka üçün kişi paltarı geyindi - fotolar
1293 dəfə oxunub
  • A-
  • A
  • A+
“Givenchy” markasının yaz-yay kolleksiyasının yeni siması aktrisa Culiya Roberts seçilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, artıq Hollivud ulduzunun rol aldığı reklam kampaniyasından ilk fotolar internetdə yayımlanıb. Aktrisa qeyri-adi obrazda fotosessiya etdirib. Ağ-qara kadrlarda Culiya, demək olar ki, makiyajsızdır. Öyrəşdiyimiz eleqant saç düzümünün əvəzinə, azca dağınıq-buruq saçlara üstünlük verilib. Sözügedən dəb evinin direktoru Rikardo Tişi aktrisaya gözəl libasların əvəzinə, kişi kostyumları geyindirib.

“Yaz şoumuzun qəhrəmanı güclü qadındır. Culiya bu rol üçün hamıdan daha çox uyğun gəlir”, –deyə dizayner bildirib.

Fotosessiyanı son günlərin məşhur fəşn-dueti Mərd və Markus reallaşdırıb.