10 yaşlı model - fotolar

10 yaşlı model - fotolar
3279 dəfə oxunub
  • A-
  • A
  • A+
Dəb dünyasına daha bir azyaşlı qız daxil olub.

Axşam.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, 10 yaşlı rusiyalı Anastasiya Bezrukova moda və çəkiliş meydanlarında parlayacağına əmindir. O, bir neçə həftə əvvəl mediada haqqında danışılan 9 yaşlı Kristina Pimenovanın əsas rəqibi kimi qiymətləndirilir.

Anastasiyanın dünya səviyyəsinə çıxmaq üçün addımları yeni başlasa da, o artıq bir neçə brendin reklam çəkilişlərində iştirak edib. "Vogue Bambini", "Benetton", "Pinko", "Moschino", "İncanto" kimi məşhur markalar Bezrukovayla artıq işləməyə başlayıblar.

Azyaşlı qızın görünüşünü haqqında anası belə deyib: "Ancaq pedofillər 10 yaşlı qıza seksual baxışla nəzər yetirə bilərlər".

Ağır qrafikdə çəkilişlərdə iştirak etsə də, Anastasiya məktəbdəki dərslərinə və bədii gimnastika məşqlərinə də ciddi yanaşır. Ona görə də, ətrafı valideynlərinin ondan öz məqsədləri üçün istifadə etməsi haqda iddiaları rədd edir. Hətta qızcığazın bu işə öz həvəsinin olduğu söylənilir.