Xuraman Şuşalı ana olduqdan sonra ilk dəfə - fotolar

Xuraman Şuşalı ana olduqdan sonra ilk dəfə - fotolar
6830 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xuraman Şuşalı ana olduqdan sonra ilk dəfə efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, “Həkimsən” verilişinə qonaq olan sənətçi övladlarını necə tərbiyə etməsindən danışıb:

“Üç övlad böyütmək çox çətindir. Həmişə uşağın birinə diqqət verib, o birini nəzərdən kənar saxlamaqdan qorxuram. Ona görə də, çalışıram üçünə də eyni diqqəti göstərim. Oğlum çox ərköyün, əsəbidir. Buna da dayələrini tez-tez dəyişməsi, nənəsini itirməsi səbəb oldu. İndi onun əvvəlki psixologiyasını yerinə qaytarmağa çalışıram. Mənə çox çətindir. Həmişə çalışırdım ki, oğlum ağlamasın, nə deyirdi edirdim. Yoldaşım ona acıqlananda qoymurdum, deyirdim dəymə, uşaq xəstədir. Axırda həkimə apardım, dedi ki, bunun heç bir problemi yoxdur, sadəcə düzgün tərbiyə etmirsiniz. Və indi mən ona qadağalar qoymağa, acıqlanmağa başlamışam ”.

X.Şuşalı həyat yoldaşı ilə başına gələn maraqlı hadisədən də danışıb:

“Bir dəfə Elçinlə liftdə idik. Yuxarı qalxırdıq, qəflətən lift sürətlə aşağı enməyə başladı. Məni qorxudan əsmə tutdu, şoka düşdüm. Yoldaşım bir sillə vurdu, özümə gəldim”.

Qeyd edək ki, X.Şuşalı bir müddət əvvəl üçüncü dəfə ana olub. Sənətçinin oğlu dünyaya gəlib.