Obama, Klinton, Beyons və kral ailəsi bir arada - fotolar

Obama, Klinton, Beyons və kral ailəsi bir arada - fotolar
1709 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, Böyük Britaniya şahzadəsi Uilyam və Kembric hersoginyası Keyt Midlton Nyu-Yorkda işgüzar səfərdədirlər.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, onlar dünən ABŞ prezidenti Barak Obama, dövlət katibi Hillari Klintonla görüşüb, basketbol matçına yollanaraq orada Beyons və Cey Zi cütlüyü ilə tanış olublar.
B.Obama ilə Ağ Evdə görüşən Uilyam vəhşi təbiətin müdafiəsi və qanunsuz ovçuluq məsələlərini müzakirə edib.

Bundan başqa, ikinci dəfə ana olmağa hazırlaşan Keyt Nyu-Yorkda uşaq evlərinə baş çəkib. Hersoginyanı şəhər merinin xanımı Şirli Makkrey müşayiət edib.

Kral ailəsi daha sonra Britaniya səfirliyinin onların şərəfinə təşkil etdiyi ziyafətə qatılıb. Gecədə Klinton ailəsi qonaq olub.