Müğənni Samira Allahverdi konsert verməməyinin səbəbini açıqlayıb.
Axşam.az-a danışan sənətçi 2015-ci ildəki planlarından bəhs edib:
“Uzun müddətdir ki, böyük konsert istəyirəm. 2012 və 2013-cü illərdə klub konsertlərim olub. Bu il isə vaxtım çatmadı. Çox yorğun oldum, imkan edə bilmədim. Evdə körpəm var, vaxtımın çoxunu ona sərf edirəm. Amma 2015-ci ildə konsertim olacaq”.
S.Allahverdi Yeni ili necə və harada keçirəcəyindən də danışıb:
“Ailəmin, sevdiklərimin sağ-salamat yanımda olmaları, onlarla bir masanın arxasında oturmaq mənim üçün bayramdır. Hələ ki, Yeni ili harada keçirəcəyimlə bağlı plan qurmamışam. İstəyərdim bayramda işim olsun. Çünki bir neçə ildir az işləmişəm”.
Sərvər Mehtiyev
Foto: Rəşad Abbasov