Prezident nikah şahidi oldu - fotolar

Prezident nikah şahidi oldu - fotolar
4201 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur kişi geyimləri markası “Bisse”nin sahibi Mustafa Kefelinin oğlu Əhməd Onur Kefeli ilə “Pişirgen dəzgahları”nın rəhbəri Özcan Pişirgenin qızı Cansu Pişirgen ailə qurub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlüyün nikah şahidləri prezident Rəcəb Tayyib Ərdoğan və sosial müdafiə naziri Faruk Çəlik olub. Toy mərasiminə iş və sənət dünyasının tanınmış simaları qatılıb.

Qeyd edək ki, daha əvvəl nikah şahidi olduğu cütlükdən 3 uşaq dünyaya gətirmələrini istəyən Rəcəb Tayyib Ərdoğan bu dəfə Kefeli-Pişirgen ailəsindən 5 uşaq gözlədiyini deyib: “Bir qərib, iki rəqib, üç balans, dörd bərəkət olar, qalanı isə Allah-kərim”.