Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.
Axşam.az-ın məlumatına görə, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunur.
Prezident İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev səs verib.
Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.
Mənbə: AzərTac