Aktyor Engin Altan Düzyatanın xanımı Nəslişah Alkoçlar ötən gün yol qəzası törədib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nəslişah həyat yoldaşının avtomobilini park etmək istəyərkən önündəki taksi ilə toqquşub. Aktyorun xanımı ifadəsində onun heç bir günahının olmadığını deyib:
“Günah məndə deyil, taksi sürücüsündədir. Arxaya doğru hərəkət edərkən məni görmədi və avtomobilimi vurdu”.