Xalq artisti Məleykə Əsədova “Hər şey daxil” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa şair Bəxtiyar Vahabzadənin “Kimdir mənim düşmənim?” şeirini deyib. Göz yaşlarını saxlaya bilməyən M.Əsədova bunları bildirib:
“Verilişə gəlməzdən əvvəl hamı məndən xahiş edirdi ki, şeir deyim. Hər bir insanın ikinci “mən”i var. Ən böyük tənqidçim özüməm. Hər gecə içimdə ikinci “mən”imlə danışıram. Nöqsanlarımı tuturam. Bu həyat yolundan ayaqlarımla deyil, əqidəmlə keçirəm. Allahımı çox sevən insanam”.
Daha sonra qızından danışan aktrisa onunla xoşbəxt həyat yaşadığını deyib:
“Hədiyyə verməyi çox sevirəm. Ən çox sürprizləri isə qızıma edirəm. Biz bir-birimizi tərifləyirik, hədiyyələr bağışlayaraq yaşayırıq. Həyatımızı bu cür sevinc və sevgi ilə qurmuşuq”.