Xəbər verdiyimiz kimi, dekabrın 10-da 56 yaşlı Monako knyazı II Albertlə 36 yaşlı xanımı Şarlin Uittstokun əkiz övladları dünyaya gəlib.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ana və körpələr özlərini yaxşı hiss etsələr də, hələ də Şahzadə Qreys adına xəstəxanada qalırlar. Məhz xəstəxanada gələcək varislər Cek və Qabriellanın Monako knyazı ilə birlikdə ilk fotoları çəkilərək mediaya təqdim olunub.
Əkizlərdən Qabriella qardaşından 2 dəqiqə tez dünyaya gəlsə də, Monako qanunlarına görə, taxta varis kimi məhz qardaşı Cek ilk sıradadır. Hazırda şahzadə oğlu və qızı ilə birlikdə xəstəxanadadır. Onların Yeni ili də orada keçirəcəkləri ehtimal olunur.
"Hər şey uşaqlardan asılıdır. Başa düşdüyünüz kimi, artıq onlar qərar verirlər", - deyə Şarlin Uittstok "Paris Match" jurnalına doğuşdan sonra verdiyi ilk müsahibəsində bildirib.