Müğənni Gülay Zeynallı Yeni il arzularını bölüşüb.
Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı bayramı iş başında keçirəcəyini deyib:
“Yeni il günü çörək qazanacam, iş başında olacam. Ancaq bayramı gecə saat 00:00-da evimdə keçirəcəm. Mən də bayramda hədiyyə istəyirəm. Amma ən dəyərlisini Allahdan arzulayıram. Ruzimi versin, özüm istədiyimi alım. Evim, maşınım, ailəm, övladım var. Əsas can sağlığıdır. Allahdan bütün əzizlərimə can sağlığı arzulayıram”.
Foto: Rəşad ABBASOV