“İlin ən yaxşı bəstəkarı” seçildi – fotolar

“İlin ən yaxşı bəstəkarı” seçildi – fotolar
1760 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Sevinc Tofiqqızı  “Şou Prodakşn”ın təşkilatçılığı ilə keçirilən “The Bests of The Year” (“İlin ən yaxşıları”) mükafatı ilə təltif edilib.

Axşam.az-ın məlumatına görə, bəstəkar sənət və musiqi sahəsinə verdiyi töhfələrə görə,  “İlin ən yaxşı bəstəkarı”  adına layiq görülüb.

Mükafatlandırma mərasimində xalq artisti Flora Kərimova da bəstəsi Sevinc Tofiqqızına, sözləri millət vəkili Qənirə Paşayevaya aid olan  “Səni gözləyəcəyəm” mahnısına görə mükafatlandırılıb.

Gecədə bir çox tanınmış sənət adamına, idmançılara, aparıcılara və digər peşə sahiblərinə mükafatlar verilib.

Qeyd edək ki, bəstəkar Sevinc Tofiqqızı  bu yaxınlarda  qardaş ölkədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  “Türk Dünyası Hizmet Ödülü” mükafatına layiq görülüb.