Xalq artisti Nazpəri Dostəliyeva ötən gün ad gününü qeyd edib.
Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən müğənni övladlarının ona hazırladıqları sürprizdən danışıb:
“Gecə saat 12 olan kimi oğlanlarımın və balaca Tamerlanın təbrikini aldım. Mənə sürpriz hazırlamışdılar. Üstü şamlarla bəzədilmiş tort və atəşfəşanlıq... Daha sonra isə sevənlərimdən təbriklər aldım, sürprizlər oldu. Hər şey çox gözəl idi. Hətta bu gün də sənət dostlarımdan təbiklər alıram. Yaşımın üstünə yaş gəlməsi məni narahat etmir. Bu qədər sevgi, istək, diqqət mənə ruh verir. Bəziləri kimi yaşımı gizlətmirəm, gedib şəxsiyyət vəsiqəmi dəyişdirmirəm. Mənim bu həyatda keç kimdən qorxacağım yoxdur. Xoşbəxtəm ki, tərbiyəli övladlar böyütmüşəm, alnıaçıq həyat yaşayıram”.