İTV-nin aparıcısı Kamran Quliyev Bakını tərk edir.
Bu haqda Axşam.az-a danışan aparıcı Londonda Avropa Universitetinə qəbul olunduğunu bildirib:
“Yaradıcılıq elmi” fakültəsinə qəbul olmuşam. Orada hətta şou-biznes dərsləri də alacam. Oranı bitirdikdən sonra Kiyevdə magistraturanı oxuyacam. Bakıya qayıtdıqdan sonra İncəsənət Universitetində müəllim kimi çalışacam. Təhsilimi qiyabi alacağım üçün aparıcılıq fəaliyyətim də davam edəcək”.