Ən çox sevilən mahnılar mükafatlandırıldı – fotolar

Ən çox sevilən mahnılar mükafatlandırıldı – fotolar
2563 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” Estrada Mahnı Festivalının qala- konserti baş tutub.

Axşam.az məlumat verir ki, konsertdə 2013-2014-cü illər ərzində yazılmış, dinləyicilər tərəfindən sevilərək hitə çevrilmiş və festivalın təşkilat komitəsi tərəfindən seçilmiş 25 mahnı səslənib.

Təqdim olunan mahnılar “Bakı gecələri-2014” Estrada Mahnı Festivalının Laureatı adına layiq görülüb.
Gecədə xalq artistləri Flora Kərimova, Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənnilər İzzət Bağırov, Əlikram Bayramov, Yaşar Cəlilov, Nuri Sərinləndirici, Elçin Hüseynov, Günay İbrahimli, Yaşar Yusub, Niyam Salami, Əbdül Xalid, Emil Bədəlov, Sevil və Sevinc, Xatun, Elvin Abdullayev mükafat alıblar.

Mərasimdə E.Bədəlovun “Çərpələng”, Y.Cəlilovun “Ulduzlu gecə”, G.İbrahimlinin "Dəlisiyəm gecənin", N.Salaminin “Çağırma məni”, Y.Yusubun “Yanındayam”, E.Abdullayevin “Sevmək yaraşmadı”, Xatunun “Sən gəlmədin” mahnıları mükafata layiq görülüb.

Sərvər MEHTİYEV

Foto: Rəşad ABBASOV