Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, iranlı fotoqraf Hüseyn Fatəminin çəkdiyi şəkillər “İran Gəncliyi: İçəridə və Çöldə” başlığı ilə “The New York Times” qəzetində dərc olunub. Dini qanunlarla idarə olunan və insanların daha çox mühafizəkar bir ölkə kimi tanıdıqları qonşu ölkədə gənclərin heç də təsəvvür edildiyi kimi qapalı həyat tərzi keçirmədikləri ortaya çıxıb.
Qeyd edək ki, daha əvvəl də “Tehranın varlı uşaqları” başlığı ilə gənclərin açıq-saçıq həyat tərzini nümayiş etdirən fotoları yayılmış, sonra isə həmin şəkillərin yer aldığı İnstaqram hesabı bağlanmışdı.