"Onun lüt fotoları hər kəsin telefonunda var"

"Onun lüt fotoları hər kəsin telefonunda var"
19509 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artistlərinin bir-birinin ünvanına nalayiq ifadələr səsləndirməsi, biədəb şəkillərin internet vasitəsi ilə yayılması gənc müğənnilər tərəfindən də müsbət qarşılanmır.

Axşam.az xəbər verir ki, publika.Az-a müsahibə verən gənc müğənni Mila Azərbaycanda yaşadığımız üçün mentalitetə riayət etməyimizi vacib sayır.

- Bu gün xalq artistlərinin qalmaqalına münasibətin necədir?

- O müğənnilərin indi qalmaqal salmağa heç bir ehtiyacları yoxdur. Çünki müəyyən yaş həddində olan insanlardır. 15 yaşları yoxdur ki, durub qalmaqal, intriqa salsınlar və bir-birlərinin biədəb şəkillərini yaysınlar. Sənətçi öz imicini qoruyub saxlamalı və illərlə özünə qazandığı hörməti yerə vurmamalıdır. Biz Azərbaycanda yaşayırıq, Amerikada yox. Buna görə də sənət adamı olaraq oturuşumuza-duruşumuza, hərəkətlərimizə fikir verməliyik. Sənətçi nəzərə almalıdır ki, üzdə olan insandır və bir nümunə olmalıdır. İnanıram ki, sənətçilərimiz arasında bu qalmaqallar sülhlə bitəcək.

- Əksər müğənnilərin yarıçılpaq şəkilləri yayımlanıb. Sən belə şəkillər çəkdirərdin?

- Mən belə şəkillər çəkdirsəydim, Azərbaycanda yox, Amerikada nümayiş etdirərdim ki, bizim insanlar tərəfindən normal qarşılansın.

- Pis baxmırsan də, belə fotolara?

- Bir qadının fizioloji quruluşu ona imkan verirsə, bu gözəlliyi nümayiş etdirməkdə nə eyib iş ola bilər ki?

- Bir çox müğənnilər soyunaraq erotik şəkillər çəkdirdilər və bununla da məşhurlaşdılar. Eşitdiyimizə görə, sənə də reklam şirkətlərinin birindən belə bir təklif gəlib?

- Razıyam bu fikirlə ki, bəli, bir neçə məşhur müğənnilərimiz soyunaraq məşhurlaşdılar. Mənə də təklif olundu, döş giləsini nümayiş etdirməklə açıq-saçıq fotolar çəkdirim, imtina etdim. Soyunaram, amma çərçivə daxilində. Təbii ki, zamanında müğənni var idi ki, gözəl səsi ilə heç kimi cəlb edə bilmədi, başladı soyunmağa. Hər qadında seks axtaran bəzi təbəqə də bundan sonra onu sevməyə başladılar. O müğənni soyunub hamamda seksi görüntülərini də yaydı. Bu görüntülər “youtube”da da var.

- Söhbət yəqin ki, Röyadan gedir. Qorxmursan ki, bu açıqlamadan sonra Röya sənə qarşı hücuma keçər və şou-biznesdə daha bir qalmaqalın əsası qoyular?

- Mən ad çəkmirəm, o müğənniləri mühakimə də etmirəm. Hər kəs bilir onlar kimlərdir. Həm də burada gizlin heç nə yoxdur, o müğənnilərin hamamda seksi görüntüləri və lüt fotoları hər kəsin telefonunda var.