Zamiq təqdimat edib Röya ilə xaricə gedəcək

Zamiq təqdimat edib Röya ilə xaricə gedəcək
1659 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Zamiq Hüseynov ukraynalı modellə çəkdirdiyi "Gör nələr olur" adlı klipini gələn həftə təqdim edəcək.

Axşam.az xəbər verir ki, bu haqda ifaçının prodüseri Elnur Həsənov məlumat verib. Onun sözlərinə görə, təqdimat canlı verilişlərin birində baş tutacaq:

“Klipin montaj işləri tamamlanıb. Bundan sonra Zamiq Röya ilə xaricə yollanacaq. Birlikdə səsləndirdikləri duetə klip çəkdirəcəklər. Rejissor əcnəbi olacaq. Çəkilişlərin harada baş tutacağını hələlik gizli saxlayırıq. Bircə onu deyə bilərəm ki, bu nə Türkiyə, nə də Moskvadır”.