Ramal "Biletini alma" mahnısına təqdimat etdi - fotolar

Ramal "Biletini alma" mahnısına təqdimat etdi - fotolar
4221 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Ramal İsrafilov “Biletini alma” mahnısına çəkdirdiyi klipinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə, mərasim zamanı sənətçini həmkarları da tək qoymayıb.

İfaçı xalq artisti Aygün Kazımova ilə münaqişə yaşadığı bəstədən danışarkən bunları deyib:

"Bəstənin müəllifi mənəm. Heç kim bu mahnını ifa etməyimə görə inciməsin”.

Daha sonra Ramal tədbirə qatılan sənət yoldaşları arasında müxtəlif viktorinalar keçirib. Qalib gələn müğənni Kərim Abbasov İstanbul və Dubaya səyahət, Elza Seyidcahan isə "Şahdağ"a istirahət qazanıb.

Qeyd edək ki, Ramalın “Biletini alma” klipinin rejissoru Şahin Zəkizadədir.

Foto: Rəşad ABBASOV