Britni sevgilisi və oğulları ilə istirahətdə - fotolar
Dünya
23:42 / 28.03.14
2927dəfə oxunub
A-
A
A+
Məşhur müğənni Britni Spirs sevgilisi Devid Lukado və oğlanları ilə birlikdə dənizdə istirahət edir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Havay Adalarında tətil edən ifaçı İnstaqram sosial şəbəkəsində fotolarını paylaşıb.
Oğulları Şon Preston və Ceyden Ceymslə olduqca maraqlı gün keçirən Britni çimərlik geyimində fotolarını sevənləri ilə bölüşərək artıq çəkilərindən qurtulduğunu sübut edib. Kökəldiyi üçün hər kəs tərəfindən tənqid edilən müğənni bununla da söz-söhbətə son qoyub.