Berlində “Echo Awards” musiqi mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə Ceyms Blant, Şakira, Kayli Minoq kimi məşhur simalar da iştirak edib.
Son zamanlar mətbuatın gündəmindən düşməyən Şakira gecənin ən diqqətçəkən simalarından olub. Yeni albomunu orada nümayiş etdirən ifaçı qırmızı xalıda gəzərkən hər kəsə öpüş göndərib. Cazibədar bədən quruluşu ilə göz qamaşdıran Şakira gecənin ən dəbli cazibədar müğənnisi seçilib.