Rihanna kanadalı sevgilisi, repçi Dreykin Londonda baş tutan konsertində iştirak edib.
Axşam.az xəbər verir ki, bütün gecə ərzində sevgilisini ayaq üstə alqışlayan ulduz onu bütün Avropa turnesi ərzində müşayiət edəcək.
Qərb mətbuatı, Rihannanın bu addımı ilə Dreykə olan sevgisini nümayiş etdirdiyini qeyd edib.
Sevgililər birlikdə maşına minərək fotokameralara poz verməyi də unutmayıblar. Cütlüyün xoşbəxt olduğu da diqqətdən qaçmayıb.