"Xəzər"in aparıcısının toyunda nələr oldu? – fotolar

"Xəzər"in aparıcısının toyunda nələr oldu? – fotolar
15723 dəfə oxunub
  • A-
  • A
  • A+

 “Xəzər” telekanalının aparıcısı Anar Cəfərovun toyu baş tutub. 
 
Axşam.az-ın məlumatına görə, aparıcı 4 ildir bir yerdə olduğu xanımla nikah masasına oturub.

“Meridian” restoranında reallaşan gecədə şou-biznesin tanınmış simaları iştirak edib. Onlar arasında müğənni Emil Bədəlov, Sevil və Sevinc bacıları, Elvin Abdullayev, aparıcılar İlkin Həsəni, Samir Bayramlı, Afaq Gəncəli, Nərgiz Vahabqızı, aktyor Elnur Kərimov və başqaları olub. Gecədə doyunca rəqs edən bəylə gəlin qonaqlara əyləncəli anlar yaşadıb.

Qeyd edək ki, Anar bir müddət ATV telekanalında “Bizim səhər” verilişinin aparıcısı olub. Hazırda isə o, “Bizim gün” verilişinə aparıcılıq edir.

Foto: Rəşad ABBASOV