Murad Dadaşovun dükanı qarət olundu - fotolar

Murad Dadaşovun dükanı qarət olundu -  fotolar
3846 dəfə oxunub
  • A-
  • A
  • A+

Şoumen Murad Dadaşovun Côte d`Azur şirniyyat mağazasını yarıblar.

Axşam.az xəbər verir ki, hadisə ilə bağlı milli.az-a açıqlama verən şoumen yarılmış mağazasından danışıb.

Onun sözlərinə görə, hadisə gecə saatlarında baş verib və hər bir şey addımbaaddım kameralarda əks olunub.

"Mən elə özüm də hadisə barədə səhər xəbər tutmuşam. Səbail rayonu 9-cu bölmə ilə əlaqə qurduq, sağ olsunlar, nə yardım lazımdırsa, hamısını görüblər. Hadisə addımbaaddım kameralarda əks olunub.

Videoyazıda görünür ki, azyaşlı bir oğlan mağazanın şüşəsini sındıraraq içəri daxil olur. Xoşbəxtlikdən, çox ziyan dəyməyib. Sadəcə, bir mobil telefon aparılıb, vəssalam".

Sonda Murad Dadaşov əlavə etdi ki, həmin ərazidə ilk dəfə deyil ki, bu cür hadisə baş verir və ümid edir ki, tez bir zamanda oğru tutulacaq.

Xatırladaq ki, Murad Dadaşovun obyekti ötən gecə qarət olunub.

Onun Səbail rayonu, İstiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən Côte d`Azur mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. Milli.Az-ın əməkdaşı da hadisə yerinə baş çəkib. Mağazanın əməkdaşları və polis içəri daxil olmağa izacə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.