Məşhur müğənni Ledi Qaqa yenə də geyimi ilə hamını təəccübləndirib.
Axşam.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 28 yaşı tamam olan müğənni ad gününü Nyu-Yorkda, “Roseland Ballroom”da verdiyi konsert ərəfəsində qeyd edib. Konsertdə Ledinin ifasından çox libası diqqət çəkib. Çılpaq bədəninə üzəri güllərlə bəzədilmiş adi tül paltar geyinən Qaqa məkana taksi ilə gəlib. İfaçının mindiyi taksi də başdan-ayağa çiçəklərlə bəzədilib. Ledi Qaqa 1985-ci ildən fəaliyyət göstərən “Roseland Ballroom”da 7 gün konsert verəcək. Daha sonra klub fəaliyyətini dayandıracaq.