Model Validə Abbasova dünən qızı Kamillaya ad günü keçirib.
Axşam.az-ın məlumatına görə, hazırda İsveçrədə olan “Miss millenium”, sosial şəbəkədə mərasimdə çəkilmiş fotoları paylaşıb. V.Abbasova gecəyə uzun müddətdir görüşdüyü oğlanla birlikdə təşrif buyurub. Qırmızı libası ilə diqqət çəkən model gecə boyu rəqs edib.
Qeyd edək ki, V.Abbasova həmin gəncin çox sevdiyi dostu olduğunu bildirmişdi. Modelin qızı Kamilla isə İsveçrədə təhsil alır.