Britaniyalı aktrisa və müğənni Rita Ora gecəyarısı qəribə geyimdə fotokameralara tuş gəlib.
Axşam.az-ın məlumatına görə, dünyaca məşhur ifaçı “pişik qadın” libası geyinin, quyruq taxaraq gəzintiyə çıxıb. Ora əvvəlcə sevgilisi Çloe Qrin ilə Londondakı Çin restoranında şam edib, sonra da gecə klubuna yollanıb. Rita Oranın şəklini çəkmək istəyən fotoqraflardan birinin müğənninin ayaqları altına yıxılması isə hər kəsi güldürüb.