Basketbolçu Marko Jariç həyat yoldaşı, dünyaca məşhur model Adriana Lima ilə çəkdirdiyi yarıçılpaq fotolara görə mübahisə edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Interview” alman dərgisinin aprel buraxılışında yer alan sözügedən şəkillər və “Seks ikonası” başlıqlı müsahibə cütlüyü boşanma həddinə gətirib. Bir yunan internet səhifəsində yayımlanan fotolar az keçmədən Avropa ölkələrinə yayılıb. Fotoları görən 32 yaşlı modelin həyat yoldaşı ondan boşanacağını deyib.
Qeyd edək ki, Marko və Lima 5 ildir evlidir. Cütlüyün iki övladı var.