Ötən gün Azərbaycanın əməkdar artisti, qarmon ifaçısı Gülbahar Şükürlü doğum gününü qeyd edib. Axşam.az lent.az-a istinadən xəbər verir ki, paytaxt restoranlarının birində baş tutan ziyafətə xalq artisti Məleykə Əsədova, əməkdar artist Səlim Abbasov, müğənnilərdən Könül Kərimova, Mətanət Əsədova, Gülay Zeynalova, Sevinc Ağaşirinova, aparıcı-aktyor Sərxan Kərəmoğlu və başqaları qatılıblar. G.Şükürlünün xoş gününə gələn tanınmışlar onu təbrik edib, hədiyyələr veriblər. Səbəbkara təqdim olunan ən yadda qalan hədiyyə rəssam Səxavət Azəri tərəfindən olub. Belə ki, rəssam G.Şükürlünün portretini hazırlayaraq, ona təqdim edib.
Qeyd edək ki, qarmon ifaçısı G.Şükürlü martın 20-də Bakı şəhərində dünyaya gəlib. On altı yaşından qarmon sənəti ilə məşğuldur. Ailəlidir, 2 övladı var.