Çağatay Ulusoy başqa bir xanımla ortaya çıxdı - fotolar

Çağatay Ulusoy başqa bir xanımla ortaya çıxdı - fotolar
2177 dəfə oxunub
  • A-
  • A
  • A+
“Medcezir” serialının baş qəhrəmanları Çağatay Ulusoy və Serenay Sarıkayanın uzun müddətdir eşq yaşadığı bildirilir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən gecə Çağatay gecə klubundan qaraşın bir xanımla çıxarkən fotokameralara tuş gəlib.

Jurnalistləri qarşısında görən aktyor təəccübünü gizlədə bilməyib. Onun dediyi yeganə söz “Tez buradan gedək” olub. Avtomobilə minib hadisə yerindən uzaqlaşmaq istəyən cütlük hətta işıqforun qırmızı işığında belə dayanmayıb.