İstanbula dəfələrlə qonaq gəlmiş məşhur model Adriana Lima, möhtəşəm şəhərə bu dəfə kosmetik tüktökücü vasitənin reklam siması kimi təşrif buyurub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumatda deyilir ki, Lima, üç gün davam eləyən çəkilişlərdən əlavə aprelin 3-də keçiriləcək ziyafətin fəxri qonağı olacaq.
Gözəl model İstanbula ayaq basar- basmaz Boğaza yollanıb və burda çəkdirdiyi ilk şəkilləri İnstaqram səhifəsində paylaşıb. Adriana Lima, on beş dəqiqə içində 11 min təqibçi tərəfindən bəyənilən fotoların altında "Aşıq olduğum həyat. Aşıq olduğum Türkiyə" deyə şərh yazıb.