Belqrad meşəsində bacısı Helin Avşarla birlikdə gəzintiyə çıxan Hülya Avşar fotokameralara tuş gəlib.
Axşam.az Türkiyə mətbuatına istinadən bildirir ki, müxbirlərin suallarını cavablandıran Avşar qızı, hələ də Tarkana hirsli olduğunu, hətta onu döymək istədiyini deyib.
"Hörmətsizliyə dözə bilmirəm. Bunu edən qızım Zəhra da olsa, bağışlamaram" deyən Hülya iki gün əvvəl Tarkanla üz-üzə gəldiklərini, amma özünü görməməzliyə vurduğunu bildirib.
Qeyd edək ki, Tarkan, 2011-ci ildə Kral Tv-nin mükafatlarının təqdimetmə mərasimində iştirak etməmişdi. Hülya Avşar da bu hərəkətinə görə onu "bir metrlik adam", "eşşək" adlandırmışdı.