Türkiyənin "Star Tv" kanalında yayımlanan "Medcezir" serialının qəhrəmanlarından birini- Eylül obrazını canlandıran Hazar Ergüclü "Elele" jurnalına müsahibə verib.
Axşam.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisanın sevgi haqqında suala verdiyi cavab pərəstişkarlarının xüsusi marağına səbəb olub. Belə ki, Hazar Ergüclü bu suala cavab olaraq "aşiq olanda nə yemək yeyə, nə də yata bilirəm. Dilim tutulur, səfehləşirəm, hər şeyi vurub dağıdıram" deyib.