Conni Depp qadın üzüyü taxır

Conni Depp qadın üzüyü taxır
1700 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Conni Deppin barmağındakı ekstravaqant üzük fotoreportyorların diqqətini cəlb edib.

Böyük brilyant qaşı olan bu bəzək əşyası daha çox qadın  üzüyünü xatırladırmış.

Axşam.az xarici mətbuata istinadən bildirir ki, guya üzük, Deppin, sevgilsi Ember Herdə hədiyyəsidi. Lakin onun barmağına böyük olub, üzüyü dəyişdirmək istəməyən Conni də öz barmağına taxıb.

Aktyor özü bu xəbərlərə heç bir reaksiya vermir. Bununla belə Çin jurnallarından birinə  verdiyi müsahibədə "adsız barmağa üzük taxmaq tezliklə toy olacağına işarədi" deyib. Müxbirin "Toya necə hazırlaşırsınız?" sualına isə " Toy hazırlıqları ilə qadın məşğul olmalıdı. Odur ki, mənim heç bir planım yoxdu" deyə cavab verib.