Nərgiz Cəlilova: “Model biznesi inkişaf etməlidir”

Nərgiz Cəlilova: “Model biznesi inkişaf etməlidir”
1549 dəfə oxunub
  • A-
  • A
  • A+
“Miss Eurovision” müsabiqəsinin münsiflərində biri, məşhur teleaparıcı Nərgiz Cəlilova Azərbaycanda model biznesindən danışıb.

 Axşam.az-ın məlumatına görə, N.Cəlilova bu sahədə inkişaf olmadığından gileylənib:

“Hazırda “Miss Eurovision” müsabiqəsinin münsif kürsüsündə əyləşmişəm. Müsabiqəyə yaraşan gözəl xanımlar çoxdur. Onların arasından ən layiqlisini seçəcəyik. Bura yalnız şəxsən özü müraciət edən qızlar toplanıb. Amma bölgələri gəzib, daha gözəl xanımlar da seçmək olardı. Ümid edirəm, bu müsabiqə model biznesinin inkişafına az da olsa kömək edər. Çünki Azərbaycanda bu sahədə qıtlıq var. Hər sahədə irəliləyirik. Bir çox tədbirlərdə aparıcılıq etmişəm. Modelləri həmişə xaricdən gətirirlər. Buna pis baxmıram. Çünki bəzən  bizim modellər, şirkətin tələb etdiyi parametrlərə  uyğun gəlmir. Buna görə də ölkəmizdə model biznesinə diqqət ayırmağın vaxtıdır. Bizim də model olmaq istəyən gözəl qızlarımız var. Azərbaycanda keçirilən ilk “Best model” müsabiqəsinin aparıcısı olmuşam. Bu sahədə təcrübəm olduğu üçün işin dərinliklərini bilirəm”.