“Yeni sədalar”da gülüş günü qeyd olundu - fotolar

“Yeni sədalar”da gülüş günü qeyd olundu - fotolar
1974 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcılığını Kamran Quliyevin etdiyi “Yeni sədalar” verilişində bu gün 1 aprel- Gülüş Günü qeyd olunub.

Axşam.az-ın məlumatına görə, canlı yayımın qonaqları müğənni Niyam Səlami, Vaqif Şıxəliyev, Turan Səfərli olub. Qonaqlar   aprelin 1-də etdikləri zarafatlardan danışıblar. V.Şıxəliyev yumor hissi olmayan həmkarlarından bəhs edib:

“Bəzi insanlar var ki, onlarda yumor hissi yoxdur. Belə insanlar darıxdırıcıdı. Bu hissi yaratmaq mümkün deyil. Gərək insanın canında olsun”.

Canlı yayımda tamaşaçılar,  “Eumba fiesta” qrupunun ifasında maraqlı mahnılar dinləmək imkanı da qazanıblar.
Qeyd edək ki, veriliş hər həftənin çərşənbə axşamı saat 13:45, cümə axşamı isə 15:15-də İTV-də yayımlanır.