Aytən 8 minlik rəqs libasında - fotolar

Aytən 8 minlik rəqs libasında - fotolar
3621 dəfə oxunub
  • A-
  • A
  • A+
Oriental rəqqasə Aytən rəqs libaslarının qiymətini açıqlayıb.

O, Axşam.az-ın müxbirilə söhbətində bədxərc olduğunu və qazandığı pulların əksəriyyətini libaslarına sərf etdiyini bildirib:

“Brend geyimlərə üstünlük verirəm. Ən çox pulu rəqs paltarlarıma xərcləyirəm. Qarderobumdakı ən ucuz geyimimi min avroya almışam. Bahalı üç-dörd libasım var ki, hərəsinə 8 min avro ödəmişəm. Paltarlarım çox baha başa gəlir. Çünki parçalarını xaricdən gətizdirirəm. Pələng dərisi formasında bir libasımın parçasını İtaliyadan sifariş etmişəm. Geyimlərimdə svarovski qaşlardan istifadə edilir. Tüllər isə sırf dərimin rəngində olmalıdır. Buna görə də mən onlara çox pul verirəm. Ən bahalı səhnə libaslarımdan birini də mənə türkiyəli həmkarım Asena (türkiyəli rəqqasə) hədiyyə edib”.