Aybəniz Haşımova qızı Aynişanın yaradıcılığından danışıb

Aybəniz Haşımova qızı Aynişanın yaradıcılığından danışıb
2609 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Aybəniz Haşımova yaradıcılıq işlərindən söz açıb.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, müğənni “Xalq ulduzu-1” yarışmasının iştirakçısı olan Vəli Səfərovla ifa etdiyi “İntizar nəğməsi” adlı mahnısına klip çəkdirir:

“Sözləri Südabə Şəfaya, musiqisi Nüşabə Muradovaya məxsus olan bəstənin klipinin ilk çəkiliş günü oldu. Çəkilişləri davam edən klip on beş günə hazır olacaq”.
 
A. Haşımova sonra qızı Aynişan Quliyevanın yaradıcılığından danışıb:

“Biz çəkdirdiyimiz klip başa çatdıqdan sonra Aynişanın ifa etdiyi, musiqisi dahi bəstəkar Oqtay Kazimiyə, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus “Ağla mənim üçün, bu şəhər və sən” mahnısına klip çəkiləcək. Klipin quruluşunu isə Ramin Asimoğlu verəcək. Allahın izni ilə hər iki klipin yüksək səviyyədə alınacağına inanıram”.