Kamranın verilişində sualları "balıq" verəcək - fotolar

Kamranın verilişində sualları "balıq" verəcək -  fotolar
1161 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamran Quliyev İTV-də yayımlanan “Yeni sədalar” verilişində dəyişiklik edib.

Axşam.az xəbər verir ki, aparıcı dünya praktikasında istifadə olunmuş təcrübəni  öz proqramında sınaqdan keçirməyə hazırlaşır. Belə ki, bundan sonra qonaqlarına ünvanladığı sualları Kamranın özü yox, “İnstaqram” adlı balıq verəcək:
 
“Azərbaycanda bunu edən olmayıb. Öz ideyamdır. Səs əvvəlcədən yazılacaq və balıq vasitəsilə təqdim ediləcək. Balığımın adı isə İnstaqramdır”.

Qeyd edək ki, veriliş hər həftənin çərşənbə axşamı saat 13:45, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.