Axşam.az-ın məlumatına görə, 36 yaşını qeyd edən sənətçi ilk hədiyyəni işçiləri və qızından alıb. Onlar rəqqasənin fotosunu böyüdürüb, rəqs məktəbini güllərlə, şəkillərlə bəzəyiblər. Daha sonra Fatiməni gecəyarısı bir bəhanə ilə rəqs məktəbinə çağıraraq sürprizlərini təqdim ediblər. Fotonu sosial şəbəkədə paylaşan Fatimə “Mənim əzizlərim çox sağ olun. Nə yaxşı ki, siz varsınız” yazaraq hər kəsə təşəkkürünü bildirib.