7 ay əvvəl çəkdirdiyi klipə təqdimat keçirdi - fotolar

7 ay əvvəl çəkdirdiyi klipə təqdimat keçirdi -  fotolar
1130 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Murad Sadığın “Həsrətindəyəm” adlı mahnısına çəkdirdiyi klipin təqdimatı baş tutub.

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri Leyli İsrafilovaya, musiqisi Sevinc Tağıyevaya məxsusdur. Klipi rejissor Ramin Ağasiyev ərsəyə gətirib.

Yeni klipində bəy obrazına girən Muradın tərəf müqabili ATV telekanalında yayımlanan “Onlar” verilişinin əməkdaşı Aysel Tahirqızı olub.

Təqdimatda Murad Sadıq 7 ay əvvəl çəkilmış bu ekran işinin niyə belə gec təqdim olunduğunu açıqlayıb:

“Klipin bəzi kadrları yanmışdı. Buna görə də təqdimat gecikdi. Məcbur olub ssenarini tamamilə dəyişdik. Amma bu formada daha maraqlı alındı”.

Foto: Rəşad ABBASOV